Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarını ötüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, 23 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 1 056 dollara çatıb ki, bu da öncəki hesablama qiymətindən 6% çoxdur.