Cümə günü ICE birjasında keçirilən ticarətdə Avropada qazın qiyməti min kubmetr üçün 1050 dollar səviyyəsinə enib.
FED.az xəbər verir ki, ticarətin açılışından sonra qiymət hər min kubmetr üçün 1200 dolları keçmişdi.
Günün soninda noyabr fyuçerslərinin qiyməti min kubmetr üçün təxminən 1053 dollar səviyyəsində qərarlaşıb (və ya MWh başına 88 avro)
Ticarətdən bir gün əvvəl təbi qaz 1158 dollarda bağlanmışdı.
6 oktyabr Çərşənbə günü, Avropada qazın min kubmetri 1900 dolları keçərək rekord yeniləmiş, lakin bundan sonra sürətlə enməyə başlamışdır.
Avropa qaz bazarında qiymətlərin yüksək dəyişkənliyi, qarşıdakı qış ərəfəsində qaz anbarlarının az dolu olması və tələbin artması ilə əlaqələndirilir. (Marja)