Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 850 ABŞ dollarını ötüb, halbuki dünən bu göstərici 740 dollaradək enmişdi.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, 2 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 854 dollar təşkil edib, bu da gün ərzində 6% artım deməkdir.
Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.