Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 730 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, bu barədə ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 13 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt-saat üçün 59,95 avro təşkil edib (bir kubmetr üçün təqribən 731,5 dollar).
Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 700 dolları ötüb. (Apa)