Bu gün keçirilən hərraclar zamanı Avropada qazın qiyməti min kubmetr üçün 680 ABŞ dollarına çatıb.
FED.az bu barədə ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 9 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt-saat üçün 56,105 avro təşkil edib (bir kubmetr üçün təqribən 680 dolar).
Xatırladaq ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb. (Apa)