Avropa fyuçers bazarında qazın qiyməti çərşənbə günü yeni tarixi maksimuma çataraq, min kubmetr üçün 650 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt/saat üçün 53,68 dollar təşkil edib (bir kubmetr üçün təqribən 659 dolar).
Qeyd olunur ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb. (Apa)