Avropada qazın qiyməti gün ərzində kəskin sıçrayışdan sonra ticarət sessiyasının sonunda 6%-dən çox artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə "ICE Futures"in məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, hazırda qiymət hər min kubmetr üçün təxminən 885 ABŞ dolları təşkil edir.
Niderlandın TTF indeksinə əsasən dekabr ayı qaz fyuçerslərinin qiyməti ticarət sessiyasının açılışında hər min kubmetr üçün 928,3 ABŞ dolları olub.
Gün ərzində ən yüksək qiymət 940 ABŞ dolları olsa da, ticarət sessiyasının sonunda 884,7 ABŞ dollarına düşüb.