Ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 300 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 4 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 2 336,6 dollar təşkil edib, bu da gün ərzində 9%-lik artım deməkdir.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum demək olar ki 3 900 dollaradək yüksəlib.(Apa)