Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 000 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 2 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 997 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 43% çoxdur.