Avropada qazın spot qiyməti ötən həftəki 10 dollarlıq ucuzlaşmadan sonra yenidən artmağa başlayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, buna “Şimal axını-2” boru xəttinin tikintisinin başa çatmasına cəmi 15 km qalması barədə bəyanat səbəb olub.
Eləcə də bax: Avropada qazın qiyməti bir gündə təxminən 10% artıb
Niderlanddakı TTF habı üzrə qazın qiyməti 9,6% artaraq min kubmetr üçün 546 ABŞ dollarına çatıb.
Son 2 gündə “Yamal-Avropa” qaz xətti ilə qaz tədarükünün əhəmiyyətli dərəcədə artması belə qiymət artımına mane olmayıb.
Avropanın yeraltı anbarlarında xammal ehtiyatları səviyyəsi 64,75%-ə çatıb.
Qeyd edək ki, ajiotaj tələb fonunda “Qazprom” 2021-ci il üzrə ixrac qiyməti proqnozunu 30% artırıb.