Avropa birjalarında təbii qazın qiyməti bu günə min kubmetr üçün 1 200 dollardan başlayıb.
FED.az xəbər verir ki, Niderlandın TTF habında təbii qazın min kubmetri 1 224 dollara alınıb satılır.
Qeyd edək ki, ötən gün təbii qazın qiymətləri min dollardan aşağı düşsə də, daha sonra günü 1 158 dollarla tamamlayıb.
Bir neçə gün təbii qaz min kubmetr üçün 1 957 dollaradək bahalaşmışdı.
Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi. (Trend)