Almaniya kansleri Olaf Şolts bildirib ki, ölkə Rusiyadan yan keçərək qaz almağa başlayıb.
Eləcə də bax: “Shell” “Şimal axını-2” layihəsində iştirakını - DAYANDIRMAQ İSTƏYİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Almaniya liderinin sözlərinə görə, söhbət artıq şəxsi məsələdən yox, keçmiş kanslerin adından Almaniyada hakimiyyət institutunun reputasiyasının zədələnməsindən gedir.
Şolts qeyd edib ki, Almaniya hakimiyyəti “Şimal axını-2” qaz kəmərinin istismara verilməməsi qərarından sonra yarana biləcək çətinliklərə əvvəlcədən hazırlaşıb. “Biz özümüzü hazırladıq ki, başqa yerdən qaz ala bilək”, – deyə kansler söyləyib.
Eyni zamanda, siyasətçi əlavə edib ki, Almaniya Rusiyadan neft, qaz və kömür almağa davam edir.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Rusiya qaz tədarükünü tamamilə dayandırsa belə, Aİ qışda, o cümlədən mayeləşdirilmiş təbii qazın tədarükü hesabına kifayət qədər yanacağa malik olacaq.
Fevralın 22-də Rusiyanın DXR və LPR-nin müstəqilliyini tanıması fonunda Almaniya hökuməti “Şimal axını 2” qaz kəməri üçün sertifikatlaşdırma prosesini növbəti xəbərdarlığa qədər dayandırıb. Sonra ilk xəbər verildi ki, “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Qazprom”un törəmə şirkəti “Nord Stream 2 AG” iflas elan edib və həmçinin 100-dən çox əməkdaşını işdən çıxarıb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden “Nord Stream 2 AG” və şirkət rəsmilərinə qarşı sanksiyaların tətbiqi barədə göstəriş vermişdi. Bayden qeyd edib ki, məhdudiyyətlər Almaniya rəsmiləri ilə məsləhətləşmələrdən sonra tətbiq edilir və kansler Olaf Şolts köməyinə görə təşəkkür edib.