“Anglo-Holland Shell” “Saxalin-2” layihəsi də daxil olmaqla, “Qazprom” və “Qazprom Neft” ilə birgə müəssisələrdən çıxmaq və “Şimal axını-2”-də iştirakını dayandırmaq qərarına gəlib.
Eləcə də bax: BP də Rusiyadan getməyə qərar verdi - «Rosneft»lə əməkdaşlıq edə bilmərik»
FED.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
“Bu gün Qazprom və əlaqəli qurumlarla, o cümlədən “Saxalin-2” maye qaz zavodunda 27,5% pay və “Salym Petroleum”da 50% pay da daxil olmaqla, birgə müəssisələrdən çıxmaq niyyətini açıqlayırıq. "Shell” həmçinin “Şimal axını-2” layihəsində iştirakını dayandırmaq niyyətindədir”, - deyə bəyanatda qeyd olunur.
Şirkət qərarını Ukraynada baş verən hadisələrlə əsaslandırıb. (Apa)