Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 83%-ə yaxınlaşıb.
FED.az xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) bildirir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 82,91% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 9,7 faiz bəndi çoxdur. Lakin, bu, 2020-ci ilin rekord göstəricisindən (84%-dən artıq) aşağıdır.
Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təqribən 91,1 mlrd. kubmetr təşkil edir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. (Apa)