ABŞ Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə təbii qaz bazası yaratmaqla bağlı təklifinə münasibət bildirib.
Eləcə də bax: Rusiya Prezidenti Türkiyədə enerji qovşağı yaratmağı - TƏKLİF EDİB
FED.az xəbər verir ki, bununla bağlı rəsmi açıqlama yayan ABŞ Dövlət Departmenti Türkiyəyə xəbərdarlıq edib.
“Rusiya etibarlı enerji tədarükçüsü və ya tərəfdaş deyil. Biz sizə, Türkiyə hökumətindən prezident Ərdoğanın prezident Putinlə ikitərəfli görüşü ilə bağlı təfərrüatları soruşmağı tövsiyə edirik. Türkiyə Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə güclü dəstəyini ifadə edib və prezident Ərdoğan Rusiyanın hərəkətini “qəbuledilməz” adlandırıb”,- rəsmi açıqlamada deyilir.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putinin təklifinə Türkiyə tərəfi müsbət reaksiya verib. (Modern.az)