“İnsanların çoxuna marketlərdə onlara məhsulun hansı qalınlıqda polietilen torbalarda verilməsi maraqlı deyil”.
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, ölkədə fəaliyyət göstərən iri marketlərin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə onlayn görüşdə ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. O bildirib ki, bu, dövlət qurumlarının və market sahiblərinin marağında olmalıdır: “Çünki bilirlər ki, bu, müvafiq sanksiyalar gətirəcək. Market sahibləri məhsulları alan zaman konkret sənəd tələb etməlidir. Qanunvericilikdə nəzərdə tutulmayan ölçüdə məhsulları almamalıdırlar”.
O qeyd edib ki, ETSN tərəfindən bununla əlaqədar müraciətlər hazırlanır: “Yaxın zamanda müvafiq qurumlara, həmçinin vətəndaşlara ETSN-in müraciəti olacaq”. (Apa)