Ekologiya

Temperatur 28 dərəcəyə yüksələcək - HAVA PROQNOZU

Temperatur 28 dərəcəyə yüksələcək - HAVA PROQNOZU | FED.az
14:13 19 Aprel 2020

Ölkə ərazisində aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 18-23° isti, Bakıda gecə 10-12°, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 23-28° isti, dağlarda gecə 3-8°, gündüz 12-17° isti olacağı ehtimal edilir.

Digər xəbərlər

Banner