Azərbaycanda sabaha gözlənilən hava şəraiti açqılanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 9-11 də isti təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış, axşam dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin günün ikinci yarısında arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.