Banner

Ekologiya

Sabah hava necə olacaq? - PROQNOZ AÇIQLANDI

Sabah hava necə olacaq? - PROQNOZ AÇIQLANDI | FED.az
12:51 9 May 2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb.

FED.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 14-18° isti, gündüz  22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  24-26°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı  756 mm civə sütununu təşkil edəcək. 

Nisbi rütubət   70-80 % olacaq.   

Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 8-13°  isti,  gündüz  15-18°  isti təşkil edəcək. 

Digər xəbərlər

Banner