Ekologiya

Sabah hava necə olacaq? - AÇIQLANDI

Sabah hava necə olacaq? - AÇIQLANDI | FED.az
14:21 27 Okt 2019

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman.

Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 20-23°,

Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq . Lakin səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək. 

Digər xəbərlər