Ölkə ərazisində qısamüddətli toz-dumanı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 21 noyabr 2017-ci il tarixində ölkə ərazisində gecə saatlarından başlayaraq havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısa müddətli toz-dumanının daxil olmasıdır.
Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir.