Dünya bazarında neftin ucuzlaşması səngimir.
FED.az xəbər verir ki, martın 6-da keçirilən hərraclarda Brent nefti daha 1,2 dollar və ya 2,4% ucuzlaşaraq 48,8 dollara enib.
WTI neftinin qiyməti isə təqribən 1 dollar və ya 2,1% ucuzlaşaraq 44,9 dollara enib.
Qeyd edək ki, ötən gün Azərbaycan nefti də ucuzlaşıb. Neft 0,81% azalaraq 53,88 dollara enib.
Xatırladaq ki, Azərbaycanın 2020-ci il üzrə dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb.