Ekologiya

Nazirlikdən AÇIQLAMA: Zığ, Masazır, "At yalı" sürüşmə sahələrində aktivlik var

Nazirlikdən AÇIQLAMA: Zığ, Masazır, "At yalı" sürüşmə sahələrində aktivlik var | FED.az
15:42 19 Okt 2018

Paytaxta bəzi yerlərdə sürüşmə sahələri aktivləşib.

FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Zığ, Masazır Zəli gölü, “At yalı” qəsəbəsindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur:

“Şamaxı, İsmayıllı rayonlarındakı sürüşmə sahələrində də aktivlik var. Şamaxının Muğanlı kəndində, İsmayıllı yolunda və Bakı-Şamaxı-Yevlax yolunun 132-ci kilometrliyində gərginlik var, müəyyən yerlərdə uçqun tipli sürüşmələr var”.

Əziz Qaralov qeyd edib ki, İsmayıllı rayonunun Lahıc inzibati ərazisinə daxil olan Qoydan kəndində iki ay öncə sürüşmə olub:

“Hazırda aktiv fazadadır, sürüşmə kütləsi yaşayış evlərinin divarlarına çatıb. Lerikdə, Yardımlıda, Lerik yolunun bir neçə kilometrliyində uçqun tipli çökmə-sürüşmə hadisəsi baş verib”.

Digər xəbərlər