Naxçıvanda içməli su şəbəkəsinə sayğac quraşdırılıb və su satışı həyata keçirilib.
Naxçıvanda əhalidən istifadə etmədiyi suya görə pul yığılıb
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Naxçıvan Dövlət Su Ehtiyyatları Agentliyi və tabeli qurumlarında apardığı 2023-2024-cü illərdə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarə edilməsinə dair uyğunluq auditi üzrə hesabatında qeyd olunub.
Məlumata görə, audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğunun fəaliyyət göstərməməsinə baxmayaraq bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da müəyyən edilib.