Azərbaycanda noyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 6-9° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 6-11° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 6-11°, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astarada hava əsasən yağmursuz keçəcək . Lakin bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq.