Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə yeni cəzalar müəyyənləşib.
FED.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 275-ci (Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) maddəsinə yeni 275.3-cü bənd əlavə edilir.
Yeni sənədə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirilmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəyin verilməsinə görə 250 manatdan 450 manatadək məbləğdə cərimə nəzərdə tutulur.