Ekologiya

Bakıya qar yağır

Bakıya qar yağır | FED.az
08:47 19 Fev 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatına görə, fevralın 18-dən 19-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişib, yağış sulu qara keçib. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enib. FED.az xəbər verir ki, hazırda Bakıya sulu qar yağır. Belə hava şəraiti  fevralın 20-dək davam edəcək.

Azərbaycanın rayonlarında da hazırda bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağır, yağıntının ayrı-ayrı rayonlarda intensiv olacağı bildirilib.

Digər xəbərlər

Banner