Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-30° isti, Bakıda gecə 22-24° isti, gündüz 27-29° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq. Avqustun 5-də abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.
Avqustun 5-də Abşeron yarımadasında güclü xəzri küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-17° isti, gündüz 19-24° isti təşkil edəcək.