Noyabrın 23-dən etibarən paytaxta yağan intensiv yağış şəhərdə nəqliyyatın hərəkətini iflic edib. Yaranmış gölməçələr səbəbindən küçələr piyadalar üçün keçilməz olub.
FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava proqnozunda bildirilirdi ki, paytaxtda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 24-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir: "Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti təşkil edəcək".
Rəsmi məlumatda hər nə qədər havanın sakit keçəcəyi, arabir yağış yağacağı bildirilsə də, ötən gün yağan yağış dayanmadı. Nəticədə isə Bakının, dövlət qurumlarının press-relizlərində iddia edildiyi kimi, payız-qış mövsümünə hazır olmadığı meydana çıxıb. Bu hal nəinki şəhərətrafı qəsəbələrdə, eləcə də Bakının mərkəzinda, o cümlədən Yasamal, Suraxanı, Sabunçu, Səbail rayonlarında insanların normal həyatının axışına mənfi təsir edib. Və beləcə hələ payız-qış mövsümü başlamamışdan dövlət qurumlarının "Payız-qış mövsümünə hazırıq" press-relizləri yağış səbəbilə yaranan gölməçələrə qərq olub...
Modern