Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, avqustun 14-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bəzi yerlərdə 41-42° isti, respublikanın rayonlarında 35-40 ° isti, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.