Kür çayında suyun səviyyəsi 27 sm artıb.
FED.az xəbər verir ki çayda suyun səviyyəsinin artması nəticəsində Araz çayı Kürlə qovuşub:
Dünəndən etibarən çayın səviyyəsi artmağa başlayıb. İlkin olaraq 27 sm artım olub. Suyun rənginin qırmızımtıl olması Arazın Kürə qovuşmasından xəbər verir. Bunlara baxmayaraq çayın aşağı axını Neftçala rayonunda vəziyyət çətin olaraq qalır. Hətta dünəndən etibarən dəniz suları yenidən Kürə axmağa başlayıb. Güman edirik ki, aşağı axında başlayan artım yaxın bir sutka ərzində Kürün Neftçala hissəsinə də təsir edəcək. (Report)