“2018-2021-ci illər ərzində meşə fondu torpaqlarının icarəyə verilməsi məqsədilə Regional Meşə Təsərrüfatı mərkəzləri tərəfindən ümumilikdə 84 hüquqi və fiziki şəxslə müqavilə bağlanıb”. Həmin müqavilələr nəticəsində 9013 hektar torpaq sahəsi fiziki və hüquqi şəxslərə icarəyə verilib.
Meşələrin mühafizəsi polisə tapşırılır? – Nazir müavinindən AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov “Ekspert saatı”nda deyib.
“Buna baxmayaraq, 10 halda icarəyə verilmiş torpaqlarla bağlı müqaviləyə xitam verilib. Belə ki, müqavilə şərtlərinin pozulması, tələblərə əməl edilməməsinə görə, ümumilikdə 658 hektar torpaq sahəsinin müqaviləsinə xitam verilib və təkrar meşə fonduna qaytarılması təmin olunub”, - deyə M.Səfərov bildirib.(AZƏRTAC)