Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibini təsdiq edib. FED.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibdə olacaq:
Müşahidə Şurasının sədri
Azərbaycan Respublikasının Baş Naziri
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri (hazırda Şahmar Mövsümov)
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri (hazırda Natiq Əmirov)
Azərbaycan Respublikasının İqtisadiyyat naziri (hazırda Mikayıl Cabbarov)
Azərbaycan Respublikasının Maliyyə naziri (hazırda Samir Şərifov)