"İranın Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirdiyi dron hücumlarından sonra beynəlxalq tərəfdaşlardan daxil olan dəstək bəyanatları, məktublar və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Xaric İşlər Nazirliyindən (XİN) bildirilib.
“Azərbaycanla göstərilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin açıq şəkildə bir daha təsdiqlənməsini yüksək qiymətləndiririk.
Bu dövrdə Azərbaycanla həmrəy olduqları üçün bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk”, - məlumatda qeyd olunub.
Xarici İşlər Nazirliyinin bu açıqlaması dəstək verən ölkələrin bayraqlarının şəkli ilə birlikdə paylaşılıb, Siyahıda Ermənistanın da adı var. Xatırladaq ki, martın 5-də İranın dron hücumundan sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığı olub.











