Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər naziri Ceyhun Bayramov birgə mətbuat konfransı keçirir.
FED.az xəbər verir ki, mətbuat konfransında oktyabrın 9-da Moskvada Ermənistanla əldə edilən atəşkəs razılaşmasının detalları və Azərbaycanın bununla bağlı mövqeyi açıqlanır.