"Sosial sahələrə ayrılan xərclər 2003-cü ildəki 551,8 mln. manatdan 11,1 mlrd. manata yüksəlib".
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, qeyd olunan dövr üzrə ÜDM-in nominal ifadədə artımı təxminən 13 dəfə, dövlət büdcəsinin sosial sahələrə ayrılan xərclərinin artımı 20 dəfədən çox olmuşdur. Sosial xərclər həm iqtisadiyyatla müqayisədə daha sürətlə artır. Bu, sosial öhdəliklərin icrasının hər zaman prioritet olduğunun göstəricisidir.