"Prezident İlham Əliyev xüsusilə ordu quruculuğuna həmişə diqqət və qayğı ilə yanaşıb. Təbii ki, bunun da başlıca səbəbi lazım gəldiyi anda Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa etmək qüdrətinə nail olmaq idi".
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, müdafiə və milli təhlükəsizliklə bağlı xərclər 2003-cü ildəki 155,0 mln. manatdan 8,7 mlrd. manata yüksəlib. Bu 56 dəfədən də artıqdır.