2018-ci ilin iyul ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələrin vaxtına az qalıb: vergi ödəyiciləri iyulun 20-dək iyun ayına aid 6 növ üzrə vergi bəyannaməsini təqdim etməlidirlər. FED.az Vergilər Nazirliyinə istinadən xəbər veriri ki, buraya daxildir:
· əlavə dəyər vergisi (ƏDV)
· aksiz vergisi
· yol vergisi
· mədən vergisi
· pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş vergi
· uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi
Vergi ödəyiciləri iyulun 20-dən gec olmayaraq bu bəyannamələri vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər. Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilməlidir.
«Vergi yoxlamasını ləğv etdirib, 20 000 manatı geri aldım» - MÜSAHİBƏ
İyulun 20-si həm də 2018-ci ilin ikinci rübü üzrə vergi hesabatlarının təqdim edilməsi üçün verilən son möhlətdir. Vergi ödəyiciləri bu ilin ikinci rübünə görə sadələşdirilmiş vergi, habelə ödəmə mənbəyində tutulan vergi bəyannaməsini iyulun 20-dək vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər. Bundan başqa, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi də iyulun 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
Vergidə dəyişikliklər – DAHA KORRUPSİYA OLMAYACAQ
Xüsusi notariusların gəlir vergisi bəyannaməsi, dövlət rüsumu haqqında hesabat da iyulun 20-dək vergi orqanına təqdim edilməlidir. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir. 2018-ci ilin ikincu rübü üzrə hesablanmış cari ödəmələr iyulun 16-dək ödənilməlidir.
Vergilər Nazirliyində struktur islahatları aparılıb
Xatırladaq ki, gəlir və mənfəət vergisi üzrə cari vergi ödəmələrinin son müddəti 15 iyul tarixidir. Lakin bu il iyul ayının 15-i qeyr-iş günü olduğundan ödəmələrin son müddət iyulun 16-na keçirilib.