ABŞ Prezidenti Donald Trump, Oval Ofisdə jurnalistlərin suallarını cavablandırıb. "Reuters"ın müxbiri tərəfindən Trampa jurnalist Camal Qaşıqçı cinayəti soruşulub. Tramp, CIA-nın Qaşıqçı hesabatı və Senatdakı reaksiyalara baxmayaraq, Vəliəhd Şahzadə Salmanın yanında yer aldığını söyləyib.
Camal Qaşıqçı cinayətində Vəliəhd Şəhzadənin cinayətə daxil olub olmadığı barədə açıqlama verməyən, ancaq cinayətin üzərindən 2 ay keçməsinə baxmayaraq Məhəmməd bin Salmana dəstəyini davam etdirən Tramp, "O Səudiyyə Ərəbistanının lideridir. Səudiyyə Ərəbistanı olduqca yaxşı bir müttəfiqdir" cavabını verib.
Tramp, "Səudiyyə Ərəbistanının dəstəkləmək Vəliəhd Şahzadəni dəstəkləməkdir?" sualına isə "Bəli, bu anda qətiyyən elədir" şəklində cavab verib.
"Reuters"in müxbiri Trampa, Səudiyyə Ərəbistanının Kral ailəsinin bəzi üzvlərinin Vəliəhd Şahzadə Salmanın kral olmasını əngəlləmək istədiyini, amma Salmanın kral rolunu müəyyənləşdirəcək amilin ABŞ və Trump olacağının düşünüldüyünü söyləyib.
Tramp, "Belə bir şey eşitməmişəm. Doğrusu, buna şərh verə bilmərəm, çünki belə bir şeyi heç eşitməmişəm. Eşitdiyim yeganə şey Salmanın olduqca güclü şəkildə hakimiyyətdə olduğudur" deyib.