ABŞ prezidenti Donald Tramp İrana qarşı 40 il əvvəl qəbul olunmuş sanksiya haqqında fərmanın müddətini növbəti dəfə uzadıb.
FED.az xəbər verir ki, bu barədə amerikalı liderin hökumət sənədləri bazasında dərc edilərək Konqresə göndərdiyi məktubda deyilir.
Eləcə də bax: Tramp İranı görünməmiş zərbə ilə - HƏDƏLƏYİB
“Bizim İranla münasibətlərimiz hələ də normallaşdırılmayıb”, - deyə Tramp bildirib.
O, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin iranlı tələbələr tərəfindən tutulmasından sonra prezident Cimmi Karter tərəfindən imzalanmış 12170 saylı fərmanın müddətini daha bir il uzadıb. Fərman ABŞ hakimiyyət orqanlarına sanksiyalar tətbiq etmək və digər addımlar atmaq, habelə İranla ticarəti tənzimləmək üçün geniş səlahiyyətlər verir. Xüsusilə, ABŞ yurisdiksiyasında İranın istənilən dövlət əmlakını bloklaya bilir.
Apa