Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentlərinin vəzifələrindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Prezident SOCAR-da nəyi dəyişdi? – SƏLAHİYYƏTLƏR BELƏ BÖLÜNDÜ- İZAHAT
FED.az xəbər verir ki, sərəncama əsasən, Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
***
İlham Əliyevdən Dövlət Neft Şirkəti haqqında yeni fərman - TAM MƏTN
Dövlət başçısının digər sərəncamına əsasən, Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.
***
SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsi üçün - 3 Komitə Yaradılıb
Azərbaycan Prezidentinin digər sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.
***
SOCAR-a ciddi nəzarət başladı - PREZİDENTDƏN FƏRMAN
Prezident İlham Əliyev David Niyazi oğlu Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.