Milli Məclisin martın 13-də keçiriləcək iclasının gündəliyi məlum olub.
FED.az məlumat verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
O bildirib ki, gündəlikdə 18 məsələ müzakirə ediləcək.
Bunlar “İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) haqqında, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunlarında dəyişikliklər edilməsi ( ikinci oxunuş) , Milli Məclisin komitələrinə üzvlərin seçilməsi, yaz sessiyasının qanunvericilik işləri planının müzakirə edilməsidir. O cümlədən, iclasda “Əmanətlərin tam sığortlanaması haqqında” qanun layihəsi də müzakirə ediləcək.
Bundan əlavə , iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlara mandatlarını təqdim edəcək.
Qafqazinfo