Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dünyanın ən böyük liman operatorlarından biri olan “Shandong Port Group”un ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə Orta Dəhlizlə Azərbaycan üzərindən daşınan Çinə məxsus yüklərin həcminin artırılmasına dair fikir mübadiləsi aparılıb.