“Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərin bərpa edilməsinə yönəlik xərclər də 2021-ci ilin dövlət büdcəsində yer alıb”.
FED.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Sədr bildirib ki, 2021-ci ilin dövlət büdcəsi azad olunmuş torpaqlara da tətbiq olunan ilk büdcədir: “2021-ci ilin dövlət büdcəsi layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun olub. Büdcə zərfinin məlumatlılığının artırılması şəffaflığın təmin edilməsinə şərait yaradır”