“Kortej” layihəsi çərçivəsində avtomobillər istehsal edən Rusiyanın “Aurus” markası Əbu-Dabidə IDEX-2019 hərbi sərgisində prezident limuzininin salonunu nümayiş etdirib.
FED.az xəbər verir ki, görüntüləri “Zvezda” telekanalı yayıb.
Avtomobil içəridən dəri və ağacla işlənilib, alətlər panelində isə iki monitor quraşdırılıb. Sərnişin yerləri multimedia sistemi ilə təchiz edilib.
Maşında adi şüşə əvəzinə videokameraların görüntülərini əks etdirən ekranlar quraşdırılıb.
Qeyd edək ki, “Kortej” layihəsinin ilk avtomobili mayın 7-də prezident Vladimir Putinin inauqurasiya mərasimi zamanı nümayiş etdirilib. Sonradan avtomobilə “Senat-limuzin” adı verilib. Bütün avtomobillər “Aurus” brendi altında buraxılır.
“Aurus” limuzininin ilk sərnişini Rusiya prezidenti Vladimir Putin olub.