Prezident İlham Əliyev Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Orxan Sultanov general-leytenant ali hərbi rütbəsini ötən ilin martında almışdı.