Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2010-cu il 24 may tarixli 272 nömrəli, “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 22 iyun tarixli 284 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.
FED.az-ın xəbərinə görə, fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 236; 1999, № 8, maddə 493; 2001, № 10, maddə 640; 2002, № 12, maddə 726; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1417; 2015, № 9, maddə 1000; 2018, № 6, maddə 1199) 1-ci hissəsinin ikinci cümləsində “Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,” sözləri “Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində müəyyən edilən məqsədlər üçün” sözləri ilə əvəz edilsin və həmin cümləyə “Nazirliyinin” sözündən sonra “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin” sözləri əlavə edilsin.
2. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844; 2001, № 7, maddə 470, № 10, maddə 640; 2002, № 12, maddə 725; 2003, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004, № 9, maddə 678; 2005, № 5, maddə 400; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 452, № 6, maddə 599, №11, maddə 1097; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2013, № 10, maddə 1146; 2014, № 5, maddə 477; 2015, № 9, maddə 999; 2016, № 8, maddə 1384; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 572 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2-ci bəndinin onuncu abzasının ikinci cümləsinə “Nazirliyi” sözündən sonra “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində olduqda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 4-cü hissəsinin birinci cümləsinə “Nazirliyinin” sözündən sonra “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində olduqda, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin” sözləri əlavə edilsin.
3. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 272 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 401; 2012, № 12, maddə 1086; 2013, № 5, maddə 499; 2015, № 9, maddə 998; 2018, № 11, maddə 2243; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 577 nömrəli Fərmanı) 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərinə ismin müvafiq hallarında “Nazirliyi” sözündən sonra ismin müvafiq hallarında “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.
4. “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 499; 2014, № 11, maddə 1423; 2015, № 9, maddə 1007; 2016, № 2 (II kitab), maddə 235) ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.4-cü bəndinin beşinci abzasına “Nazirliyi” sözündən sonra “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.
5. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 11, maddə 1835, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddə 2538; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 565 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.11.5-1-ci yarımbəndə “İçərişəhər” sözündən əvvəl (birinci halda) “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində aparılan tikinti işləri ilə bağlı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə” sözləri əlavə edilsin;
5.2. 3.12.7-ci yarımbəndə “Nazirliyi” sözündən sonra “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.
5.3. 4.11.16-cı yarımbəndə “uyğun olaraq,” sözlərindən sonra “müvafiq ərazidə (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının əraziləri istisna olmaqla) tarix və mədəniyyət abidələrinin təsdiqlənmiş siyahıdan çıxarılması barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə təklif vermək,” sözləri əlavə edilsin.
6. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2010, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910, № 8, maddə 1676, № 11, maddə 2289; 2019, №12 (I kitab), maddə 2615; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 594 nömrəli Fərmanı) 4.6-cı, 4.8-ci, 4.10-cu və 4.13-cü bəndlərinə, 4.7-1.2-ci yarımbəndinə, 4.12-ci bəndinə (birinci halda) ismin müvafiq hallarında “Nazirlik” sözündən sonra ismin müvafiq hallarında “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.