Prezident İlham Əliyev iki rayonun icra başçısını vəzifədən azad edib, onların yerinə yeni şəxslər təyin edilib.
FED.az xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamları ilə Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Novruz Nəcəf oğlu Novruzov isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamları ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, Asif Həbib oğlu Hüseynov isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Məhərrəm Böyükağa oğlu Quliyev isə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Eləcə də bax: İlham Əliyev yeni yaşayış kompleksinin açılışında - YENİLƏNİB