Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.
FED.az xəbər verir ki, Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuranın üzvü olan Zaur Qurbanov Anar Novruzovla əvəz olunub.
***
Prezident İlham Əliyev “Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuranın üzvü olan Zaur Qurbanov Günel Cavadova ilə əvəz olunub.
***
ASCO-nun Müşahidə Şurasında dəyişiklik olub
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 fevral 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuranın üzvü olan Zaur Qurbanov Xəyyam Məmmədovla əvəz olunub.
***
“AzerGold”un Müşahidə Şurasının tərkibində dəyişiklik edilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilir:
“Müşahidə Şurasının sədri
Mətin Eynullayev ‒ Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Müşahidə Şurasının üzvləri
Səməd Bəşirli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri
Samir Qurbanov ‒ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri
Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri
Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri”.