Akademik Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad ediləndən sonra onun yerinə kimin təyin olunacağı medianın gündəmində müzakirə olunmaqdadır.
FED.az xatırladır ki, Ramiz Mehdiyevin yola salınmasından sonra Prezident Administrasiyasında vakant vəzifələrin sayı 3-ə çatıb.
Eləcə də bax: Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank - BİRLƏŞDİRİLİR
Belə ki, Əli Əsədovun Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsindən azad edilib, Baş Nazir postuna aparılmasıyla (8 oktyabr 2019 tarixdə) həmin kürsü də boşalıb.
Daha əvvəl isə Administrasiyanın İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin rəhbərliyində vakansiya yaranmışdı. Həmin şöbənin müdiri Rövşən Nəcəf (2018-ci ilin mayında təyin edilmişdi-red.) bu ilin mayında Vergilər Nazirliyinin yeni yaradılmış Maliyyə Monitorinq Xidmətinin direktoru vəzifəsinə aparılmışdı.